Tibb Universitetinin məlumatı

6 Sentyabr 2017 12:05

Xəbər 869 dəfə oxunub

İnsulin rezistentliyinin, yəni gizli şəkərin ilkin əlamətləri hansılardır?Azərtac xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının III daxili xəstəliklər kafedrasının assistenti, endokrinoloq-dietoloq Səmayə Əliyeva universitetin mətbuat xidmətinə məlumat verib.Həkim deyib: “Insulin rezistentliyinin, yəni gizli şəkərin ilk on əlaməti var. Bunlar tez acma və gec doyma hissi, yeməkdən bir saat belə keçməmiş təkrar yemək istəyi, şirin qidalara qarşı tələbatın artması, yeməkdən sonra yaranan yorğunluq, halsızlıq və yuxulama hissi, səhər yuxudan duranda yorğunluq, halsızlıq hissi və günə kefsiz, narahat başlamalar, yuxu pozğunluğu, səbəbsiz yerə yuxudan oyanmalar və gec saatlarda yemək istəyi, aclıq olduğu zamanlarda əsəbi, gərgin olmalar və aclığa tab gətirə bilməmələr, səbəbsiz yerə gecə tərləmələri, xüsusən bədənin yuxarı hissəsi və boyun nahiyyəsinin tərləməsi, diqqəti çəkəcək dərəcədə cinsi istəksizlik halları, asan kilo alıb, çətin kilo vermələr, piy toxumasının adətən qarın nahiyyəsində artması, səbəbsiz baş ağrılar, halsızlıq, diqqətin və yaddaşın zəifləməsi.Bu hallar baş verdikdə həkim müayinəsindən keçmək mütləqdir”.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05