Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Obama administrasiyasına “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə petisiya” layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim və tələbələri ilə görüşüb. Trend-in məlumatına görə, tələbələrlə görüşdə universitetin prorektoru Şaiq Əsgərov, AVCİYA-nın nümayəndələri Məhərrəm Zülfüqarlı və Rüfət Muradov iştirak ediblər. Prorektor Ş.Əsgərov çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımızın işğalı, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım siyasəti haqqında danışıb və gəncləri petisiyaya qoşulmağa çağırıb. Tədbirdə çıxış edən M.Zülfüqarlı petisiyanın mahiyyəti haqında məlumat verib. O qeyd edib ki, Obama Administrasiyasına “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya ilə müraciətdə AŞPA-nın 2085 saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olduğu, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi, ATƏT-in Minsk qrupunun torpaqlarımızın işğaldan azad edilməsində heç bir nəticə əldə etmədiyi vurğulanıb: “Bunları nəzərə alaraq Administrasiya AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırılıb”. Daha sonra R.Muradov gənclərə fotoslayd vasitəsilə petisiyaya qoşulmaq qaydalarını haqqında məlumat verib. Qeyd edək ki, indiyədək petisiyaya 145 mindən çox insan qoşulub. Petisiyaya qoşulmaq may ayının 5-ə qədər davam edəcək.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…