Əməkdaşlıq haqda memorandum imzalanıb

8 Avqust 2020 22:31

Xəbər 1112 dəfə oxunub

“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində Almaniyanın “EKM Global Consulting GMbH” şirkəti ilə qarşılıqlı əməkdaşlıq haqda memorandum imzalanıb.Bu barədə Azərtac-a “Azərişıq” ASC-dən bildirilib.”EKM Global Consulting GMbH” şirkətinin rəhbəri Elşən Musayev deyib ki, bu gün ölkədə innovativ texnologiyaların tətbiqi iqtisadiyyatın bütün sahələrini əhatə etməklə yanaşı, gənc kadr potensialının yetişdirilməsi və yaxşılaşdırılmasında da müsbət nəticələr əldə etməyə geniş imkanlar yaradır. Bu baxımdan, “Azərişıq” ASC, elektroenergetika sahəsində ilk dəfə olaraq, Ağıllı Şəbəkələr konsepsiyası çərçivəsində elektrik şəbəkələrin elektron idarə edilməsində müasir 3D-mobil xəritə layihəsini reallaşdıraraq, virtual monitorinq sisteminin əsasını qoyub. Əminəm ki, gələcəkdə də müasir və innovativ texnoloji nailiyyətlərin mənimsənilməsi və bu istiqamətdə peşəkar kadrların hazırlanmasında Tədris və İnnovasiyalar Mərkəzinin mütəxəssisləri ilə perspektiv əməkdaşlıq uğurla davam etdiriləcək.”Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə elektroenergetika sahəsinin yüksəkixtisaslı kadr potensialının yetişdirilməsi və təkmilləşdirilməsində müasir tələblərə cavab verən təlim-tədris metodikasının rəqəmsal texnologiyalar üzərində qurulduğunu qeyd edib. O, həmçinin məlumat verib ki, şəbəkələrin müasir, texnogen xarakterli innovativ üsullarla idarə edilməsinin təmin edilməsi üçün müvafiq kateqoriyalı mütəxəssislərin Virtual Reallıq Təlimlər sisteminin köməyi ilə hazırlanması qısa vaxt ərzində mühüm nailiyyətlər əldə etməyə geniş imkanlar yaradır. Bu, həm beynəlxalq təcrübənin öyrənilməsi, həm də paylayıcı şəbəkələrdə artıq tətbiq edilmiş və edilməsi nəzərdə tutulan innovasiyaların istifadə imkanlarının araşdırılması, layihələndirilməsi və mütəxəssislərin hazırlanması istiqamətində atılmış növbəti mühüm addımdır. Bundan sonra da, rəqəmsal və innovativ texnologiyalar sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, mənimsənilməsi və gənc kadr potensialına çatdırılması üçün “EKM Global Consulting” şirkəti ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini davam etdirəcəyik.xeber100.com

BRICS bankı tezliklə 28 milyard dollar dəyərində “Maharaja istiqrazları” adlı qiymətli kağızları buraxacaq

Aparıcı inkişaf etməkdə olan bazarların bloku olan BRICS təşkilatının bankı qlobal bazarlara yeni istiqrazlar çıxarmağa hazırlaşır və bu istiqrazlar ABŞ dollarında deyil, yerli valyutalarda olacaq. Xarici KİV-lər xəbər verir ki, Yeni İnkişaf Bankı (NDB) kimi tanınan BRICS bankı tezliklə 28 milyard dollar dəyərində "Maharaja istiqrazları" adlı qiymətli kağızları buraxacaq. Bu maliyyə qurumu, eyni zamanda, kriptovalyutaya diqqət yetirir. İstiqrazların buraxılacağı dəqiq tarixi açıqlamayıb, lakin NDB-nin baş əməliyyat direktoru Vladimir Kazbekovun bankın tənzimləyici orqanlarından təsdiq gözlədiyi açıqlanıb. Qurumun internet saytına görə, yeni istiqrazlar hökumətlər, maliyyə institutları və daimi investorlar üçün təqdim ediləcək. İstiqrazları gücləndirmək və müvafiq iqtisadiyyatların inkişafına dəstəyini təmin etmək üçün onları yerli valyutalarda almaq mümkün olacaq. İstiqrazların buraxılması planı BRICS-in “de-dollarizasiya” təşəbbüslərinin bir hissəsidir, çünki alyans qlobal iqtisadiyyatda islahatlar aparmaq məqsədilə Amerika valyutasından asılılığı azaltmaq istiqamətində irəliləyir. BRICS-ə Braziliya, Çin, Rusiya, Hindistan və Cənubi Afrika Respublikası, həmçinin altı yeni üzv - İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Argentina və Efiopiya daxildir. Bu qrupa daxil olan ölkələrin liderləri 2023-cü ilin sonlarında keçirdikləri son sammitdə qlobal iqtisadiyyatın siyasi məqsədlər üçün istismarını yekdilliklə rədd etdikləri üçün ABŞ dollarından imtina etmək məqsədilə yerli valyutaların istifadəsini təşviq etməyə söz veriblər.xeber100.com

Yanvar 15, 2024 14:42

Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 100-cü iclası keçirilib

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 100-cü iclası keçirilib. Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri, MDB İqtisadi Şurasının sədri Adılbek Kasımaliyevin sədrliyi baş tutan iclasda nümayəndə heyətlərinin başçıları MDB ölkələrinin iqtisadi sahədə əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Nümayəndə heyətlərinin başçıları əvvəlcə məhdud tərkibdə görüş keçiriblər. Sonra baş tutan geniş tərkibdə görüşdə MDB ölkələrinin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına dair 2030-cu ilədək nəzərdə tutulmuş fəaliyyət planı, MDB ölkələrinin energetika sahəsində əməkdaşlıq planı, qarşılıqlı ticarət, intellektual mülkiyyət sahələrində qarşılıqlı fəaliyyət, milli nüvə infrastrukturlarının inkişafı üzrə baza təşkilatlarının yaradılması və bir çox digər məsələləri nəzərdən keçiriblər. Tərəflər, həmçinin MDB ölkələrinin hava hücumuna qarşı müdafiə sistemlərinin yaradılması və inkişafı, MDB-nin büdcə məsələlərinə dair sənədlər imzalayıblar. MDB-də sədrlik növbəti il üçün Qırğızıstandan Rusiyaya keçib. Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında qeyd edib ki, iclasda Rusiya MDB-də sədrliyinin əsas müddəalarını təqdim edib. O vurğulayıb ki, Rusiya sədrliyi dövründə energetika sahəsində təhlükəsizlik və qida təhlükəsizliyi sahələrinə üstünlük verəcək, nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi, ölkələrimizin məhsullarının qlobal Cənuba çıxması üçün “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin inkişafına önə çəkiləcək.xeber100.com

Dekabr 9, 2023 19:44