Paytaxtın Yasamal rayonunda elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 15-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar Abbas Mirzə Şərifzadə, Akim Abbasov, Həsən bəy Zərdabi küçələrinin, eləcə də MİDA yaşayış kompleksinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, Səbail RETSİ-nin xidməti ərazisinə daxil olan Şıxov ərazisinin bəzi hissələrində və Badamdar qəsəbəsinin III massivində saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Aparılacaq təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Nizami rayonunda Nizami Abdullayev və Qurban Sadiq küçələrinin bir hissəsində məhdudiyyət yaranacaq.
Həmçinin Xəzər rayonu Buzovna qəsəbəsində Məmməd Səid Ordubadi və Mirzəağa Əliyev küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.
Aparılan yenidənqurma və təmir-bərpa işləri yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
“Вниз по течению”…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”