Son illərdə seriallar gündəlik həyatımızın bir parçasını çevrildi desək, yəqin ki yanılmarıq. Azərbaycan teleməkanında ilk dəfə Braziliya serilları, daha sonra Rusiya və Türkiyənin yayınladığı seriallar daxil oldu. Və illər keçdikcə hər kəs seçimini etdi ki, nəticə etibarilə də hazırda əsasən Türkiyə serialları liderlik etməyə davam edir. Serialların mənfi və müsbət tərəfləri olduğu kimi, eyni zamanda təsir qüvvəsi də çox güclüdür. Məsələn, təsir altına tez düşənlərin seriallara baxaraq təsirlənməsi təbii hal olduğu qədər də bir qədər qorxunc məqamlara da yol aça bilər. Xüsusilə az yaşlıların TV qarşısısnda oturaraq saatlarla serillara baxması gələcəyimiz üçün təhlükə yarada bilər. Bəlka burasındadır ki, az yaşlılar adətən mənfi xarakterlərə daha çox meyl edirlər. Çünki uşaq beyni təmiz olduğu qədər də gördüyü hər bir şeyə inanır. Çox təəssüf ki, yaşadığımız dövrdə ölkədə baş verən proseslərdən dolayı valideynlər sanki uşaqlarının uşaq dünyasına tamamilə biganə qalıblar-uşaq nə istəyir, niyə istəyir, uşaq dünyası nədən ibarət olmalıdır və s. düşüncələr arxa plana keçib. Bəlkə bu səbəbdəndir ki, uşaqların serillara baxaraq özlərini ordakı mənfi və ya müsbət, əsasən müsbət qıəhrəmanlara bənzətmələri təbii haldır.
Azərbaycan tamaşaçılarının seriallara olan marağı kinematoqrafçıların diqqətindən yayınmadı və məhz bu səbəblə artıq bizim də mili seriallarımız yaranmağa başladı. Çox təəssüf ki, dünya seriallarındakı hadisələr bizim seriallarda da öz əksini tapdı.
Bütün bunları nəzərə alaraq bir çox sənət adamlarının seriallara olan münasibətini, onların serialları sənət nümunəsi hesab edib-etməməsini, eyni zamanda dünya ölkələrinin çəkdiyi seriallarda maddi təminat, yeni yaranan milli serialların nə dərəcədə qənaətbəşx olması kimi suallar ünvanladıq.
İlk suall aktyor-rejissor Rövşən İsaxa müraciət etdik. Serial rejissoru kimi tanıdığımız rejissorun seriallara olan münasibəti pis deyil və yaxşı hesab etdiyi sənət nümunələrinə baxır: “Serial sənət nümunəsi ola bilər. Amma bunun üçün başqa meyar olmalıdır. İşə münasibətdən tutmuş, mövzu, seriya sayı, istehsal müddəti və s. Maddiyat çox olsa baxımlı serial çəkə bilərəm, anlayışı isə gülüncdür. Nəzərə alsaq ki, Azərbaycanda serial çəkilişinə artıq bir neçə ildir ki, start verilib və məhz bu baxımdan milli serillaarı qənaətbaxş hesab etmək olar”. Rejissor belə hesab edir ki, illər keçdikcə milli serillarımız inkişaf edəcək ki, nəticə etibarilə də dünyaya çıxmaq da mümkün olacaq.
Aktyor-rejissor Sərvər Əliyev də seriallara munasibətinin yaxşı olduğunu söyləyir: “Bildiyiniz kimi il ərzində o qədər də çox film çəkilmir, bu baxımdan da aktyorların yeni kino obrazları ilə tamaşaçıların qarşısına çıxması mümkün olmur. Serial cəkilişləri yeni kino aktyorunun yetişməsində əhəmiyyətli rol oynayir. Şəxsən mən seriala cəkildikdən sonra kinoda əsas rola dəvət aldım. Bundan başqa serial aktyroun maddi təminatını da bir qədər yüksəldir-serialı əlavə qazanc kimi də dəyərləndirmək olar”.
Aktyor hesab edir ki, bütün seriallar olmasa da bir çox seriallar var ki onları sənət nümunəsi hesab etmək olar. “Zənnimcə, Rusiya kinematoqrafçılarının çəkdiyi, sovet dövrünün ən qiymətli sənət nüminəsi hesaab olanan “Baharin 17 ani” buna canlı misaldır”.
Qeyd etdiyimiz kimi bir vaxtlar Braziliya serialları dünyaya səs saldı ki, həmin dövrlərdə də Azərbaycan kimi bir çox ölkələrdə serial çəkmək düşüncəsinə qapılmağı heç ağıllarına belə gətirmirdilər. “Braziiliya serialları hazırda nə bizim ölkədə, nə dəd digər ölkələrdə o qədər də baxımlı deyil. Onların uğuru əsasən maddiyyətlə bağlı olduun üçün serial bazarina da tez cixmağı bacarmışdılar. Çox şükür ki, gec də olsa artıq Azərbaycanda da dövlət tərəfindən serial cəkilişləri üçün pul ayrılmağa başladı. Özünüz də şahidsiniz ki, İl ərzində, eyni vaxtda bir nece serial cəkilişləri gedərək yayınlanır”. Serialların nə dərəcədə qənaətbəxş olmasına gəlincə isə, aktyor o fikirdədir ki, aktyorluğa dəxli olmayanları seriala çəkmək olmaz. “Çox təəssüf ki, bəzi rejissorlarımız hər yoldan ötənləri seriala dəvət edir ki, nəticədə də serilların inkişafına xələl gəlir. Bizim kifayət qədər istedadlı aktyor ve aktrisa ordumuz var və bu ordununn gücündən mütləq istifadə olunmalıdır”. Əks halda çəkilən seriallar tamaşaçı kütləsini itirə bilər. “Peşəkarlara üstünlük verən rejissorlarımız çoxdur. Onlardan Asif Abramovun, Cavid Təvəkkülün, Rövşən İsaxın, Sirac Mustafayevin adlarını qeyd etmək istərdim”. Sərvər Əliyev milli seriallarımızızn yaxın gələcəkdə sərhəddən kənara çıxacağına inanır.
Xalq artisti Ağaxan Salmanlının fikrincə, tamaşaçılar artıq serial izləməyə alışıb: “Bir vaxtlar “Sadəcə-Mariya”, “İzaura” adlı seriallara baxırdıq. Əvvəllər serialların çəkilişi çoxseriyalı filmlər kimi olurdu, hazırda isə seriala bir dəfə baxımlıq mənasında yanaşırlar. Yəni, epos, roman povest və gündəlik qəzetlə müqayisədə qəzet kimi, bir dəfə oxunur və bununla da unudulur. Eyni zamanda seriallar süni formada o qədər uzadılır ki, artıq seyrçilər də baxmaqdan bezirlər. Milli seriallara gəlincə, səviyyəsi o qədər də qənaətbəxş deyil ki, bu da əsasən maliyyə məsələləri ilə bağlıdır. Belə bir vaxtda dünyaya çıxmağı arzulamaq bir qədər yersizdir. Öncə milli serialların səviyyəsi yüksəlməli, zövqümüzü oxşamalıdır, daha sonra dünyayay necə çıxmanın yollarını axtarmalıyıq.
Azərbaycan filmlərinin əksəriyyətində önəmli rollara imza atan Elnur Kərimov Azərbaycan seriallarının inkişaf dövrünü yaşadığı fikrini irəli sürüb: “Təbii ki, bu mərhələdə heç nə keyfiyyətli ola bilməz. Lakin keçən illə müqayisədə bu il çəkilən seriallar arasında fərq var, inkişaf hiss olunur. Problemin kökündə duran məsələ aktyorlarla bağlı idi. Əgər onlardan bəziləri müğənni olmaq, şou-biznesdə, sənət adamlarının yanında, cibində olmağa can atırdısa, bu gün belə deyil. Bəzi seriallar var ki, cəmiyyət arasında ajiotaj yarada bilir. Artıq aktyor sənətilə maraqlananların sayı artır. Azərbaycanda yeni çəkilən serialları türk və rus serialları ilə müqayisə edirlər. Bu heç də məsələyə düzgün yanaşma deyil. Müqayisə etmək üçün səbrli olmaq lazımdır. Hal-hazırda Azərbaycan televizyalarında çəkilən seriallar çox keyfiyyətlidir. Biz özümüz-özümüzə qiymət verməliyik, əks təqdirdə irəli gedə bilmərik. Əgər inkişaf olmasaydı, dövlət tərəfindən çəkilişlər üçün pul ayrılmazdı. Bu gün televizyalarda istənilən janrda serial çəkilir. Biz sıfırdan başlamışıq, ona görə də serialları ucdantutma tənqid etmək düzgün deyil”.
Qeyd etdiyimiz kimi gündəlik həyatımızın bir parçasına çevrilən serialların tamaşaçı kütləsində qadın tamaşaçılar çoxluq təşkil edir.
Və əgər söhbət qadınlardaan gedirsə demək olar ki, evdar qadınlar tamaşaçaı qismində üstünlük təşkil edirlər.
Azərbaycan Sosioloqlar Birliyinin İcraçı Direktoru, “Aktual” elmi-sosioloji Araşdırmalar Mərkəzinin Rəhbəri Əbülfəz Süleymanlı məhs bu məqama toxunub: “Evdar qadınlar gün ərzində yeməyin bişməsini, uşağın yatmasını, uşaqların məktəbdən qayıtmasını, arada serialların başlamasını və nəhayət evin kişisinin də gəlməsi ilə ailənin bir yerdə toplanmasını gözləyirlər”. Bu baxımdan da seriallar bir tərəfdən qadınları ən əsas məqsədlərinin ailələrini bir yerdə və xoşbəxt olmaq mövzusunda inandırarkən, digər bir tərəfdən bu idealı həyata keçirməkdə aciz qalacaqlarını söyləyərək, təsəlli edirlər. “Çünki seriallar heç vaxt davamlı bir tarazlığın olmayacağı, başlayan hər bir əlaqənin bir gün sona çatacağı, yəni bir evliliklə bərabər ayrılıq toxumlarının da əkildiyi, “sonsuza qədər bir yerdə və xoşbəxt” ola bilməyəcəyi fikrinə qadınları inandıraraq, onları öz yaşayış praktikalarında rastlaşdıqları sıxıntı və müvəffəqiyyətsizliklər mövzusunda dəstək verirlər. Bu baxımdan şübhəsiz ki, serialların qadınlara və ailə həyatına mənfi nümunə təşkil etdiyi aşkardır. Eyni zamanda bu seraillar ailə həyatı qurmaq astanasında olan və yaxud yeni ailə həyatı qurmuş gənc xanımlara da təsir göstərir”fikrini ifadə edən ekspert söylədi ki, “ gənc qızın tamaşa etdiyi serialın qəhrəmanı və ya kumiri olan müğənni bütün günü gözəllik salonunda, əyləncə mərkəzində, rəfiqələri ilə birlikdə özünə vaxt ayırmaqla keçirir. Ev işlərini isə onun əvəzinə ya evin qulluqçusu görür, ya da ən yaxşı halda həyat yoldaşı ilə birgə həyata keçirirlər”. Təsadüfi deyil ki, serial qəhrəmanı öz karyerasını, yeri gələndə ailə maraqlarından üstün tutur. Əslində serial kino sənətinin bir qolu olduğu üçün orda baş verən hadisələr reallığa yaxın olduğu qədər də bir o qədər reallıqdan uzaqdır. Bu baxımdan tamaşaçılar mıəhz bu məqamı nəzərə alması vacibdir, yəni seriallarda baş verən hadisəlırin ardınca getməyin bir mənası yoxdur. Əgər hadisələrin ardınca gedilirsə bu zaman tamaşaçı sözün həiqiqi mənasında həyatını təhlükəyə ata bilər. Ekspertin fikrincə desək, yenicə ailə quran xanımlar əgər seriallarda gördüyü həyatı öz ailəsində tətbiq etmək istərsə, nəticədə də nəticədə insident və boşanma kimi arzuolunmaz hallar baş verə bilər. Belə təhlükələrdən uzaq olmaq üçün sadəcə seriallar deyil, ümumiyyətlə kinoda gördüyünüz bütün hadisələrin güclü təxəyyülün məhsulu kimi qəbul etməli və estetik cəhətdən zövq almaqla kifayətlənmək yetərlidir.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…