Şahmat Olimpiadasının məşqlərinə start verilib

27 Avqust 2016 17:05

Xəbər 784 dəfə oxunub

42-ci Dünya Şahmat Olimpiadasının açılış mərasiminin əsas məşqlərinə start verilib. Azərtac xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək tədbirin təşkilində ölkənin bir çox tanınmış mədəniyyət xadimləri, incəsənət nümayəndələri iştirak edirlər. Mərasimin geyim eskizləri və ifa olunacaq musiqilər təsdiqlənib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı “Amapola Exclusive Events” şirkətinin dəstəyi ilə açılış üçün hazırlanan dekorasiya və lazımi texniki avadanlıqlar quraşdırılıb. Bir saata yaxın davam edəcək açılış mərasimində Azərbaycanda şahmat ənənələri ilə bağlı məqamlar, o cümlədən milli mədəniyyətimizin elementlərindən istifadə olunacaq. Xatırladaq ki, 42-ci Dünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək.xeber100.com