“SportAccord” Konvensiyasının keçiriləcəyi yeni tarixlər müəyyənləşib

6 May 2026 15:23

Xəbər 78 dəfə oxunub

Bakıda qlobal idman ictimaiyyətinin ən nüfuzlu tədbirlərindən biri olan “SportAccord” Konvensiyasının keçiriləcəyi yeni tarixlər müəyyənləşib.

Bakı Şəhər Halqasından bildirilib ki, 120-dən çox beynəlxalq federasiyanı birləşdirən tədbir gələn il mayın 9–13-də təşkil olunacaq.

2026-cı il üçün nəzərdə tutulan tarixlərdə edilmiş dəyişikliklərə uyğun olaraq, “SportAccord” və Azərbaycandakı tərəfdaşlar tədbirin bütün iştirakçılar üçün ən yüksək səviyyədə təşkil olunması məqsədilə yeni tarixlərin müəyyənləşdirilməsi istiqamətində sıx əməkdaşlıq ediblər. Beləliklə, paytaxt Bakı Beynəlxalq Olimpiya Komitəsi, beynəlxalq federasiyalar, ev sahibi şəhərlər, media və yayım tərəfdaşları, eləcə də idman sənayesinin aparıcı nümayəndələrini bir araya gətirərək son illərin ən çox gözlənilən konvensiyalarından biri üçün xüsusi platformaya çevriləcək.

Xatırladaq ki, daha əvvəl konvensiyanın bu il mayın 24–28-də keçirilməsi planlaşdırılırdı.xeber100.com