Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20 milyon 854 min manat, “Zaminbank” ASC-nin əmanətçilərinə 36 milyon 980 min manat, “Kredobank” ASC-nin əmanətçilərinə 11 milyon 483 min manat, “Dekabank” ASC-nin əmanətçilərinə isə 2 milyon 477 min manatdan artıq kompensasiya ödənilib. Əmanətlərin Sığortalanması Fondundan Azərtac-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 71 milyon 794 min manatdan artıqdır. Eyni zamanda, “Atrabank” ASC-nin və “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 5 milyon 826 min manatdan artıq kompensasiya ödənilib ki, bunun 4 milyon 894 min manatı “Atrabank”ın, 932 min manatı “Qafqaz İnkişaf Bankı”nın payına düşür. “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 052 min, “Gəncəbank” ASC-nin əmanətçilərinə 895 min 554 min manat, “Texnikabank” ASC-nin əmanətçilərinə isə 119 milyon 534 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 144 milyon 481 min manatdan çoxdur. Ümumilikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə 222 milyon 101 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…