Şahmat festivalı başa çatıb

30 Avqust 2016 10:14

Xəbər 851 dəfə oxunub

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil etdiyi incəsənət və şahmat festivalı başa çatıb. Azərtac xəbər verir ki, festivalda iştirak edən 23 rəssam şahmat fiqurlarını müxtəlif rənglərə boyayıb, onların üzərində maraqlı rəsmlər çəkib. Öz istedadlarına gücənərək kreativlik və şahmat ab-havası yaradan rəssamlar fiqurlarının incəsənət nümunəsinə çevrilməsinə nail olublar. Şahmat fiqurlarının üzərində Azərbaycan mədəniyyətinin müxtəlif nümunələri, milli ornamentlər əksini tapıb. Sonra Olimpiadanın keçiriləcəyi “Baku Crystal Hall”da həmin əsərlərdən ibarət sərgi təşkil edilib. Sərginin açılışında Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, jurnalistlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.xeber100.com