Avqustun 31-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) beynəlxalq konsaltinq və investisiya təşkilatları üçün yeni mərhələdə özəlləşdirməyə çıxarılmış müəssisələrin təqdimatını keçirib. Azərtac xəbər verir ki, tədbirin təşkilində məqsəd yeni mərhələdə özəlləşdirməyə çıxarılmış müəssisələrə xarici investisiyaların cəlb edilməsi, ölkəmizdə investisiya imkanlarının daha da genişləndirilməsidir. Bununla yanaşı, belə sərmayələr hesabına özəlləşdirilən müəssisələrin gələcək potensialını gücləndirmək, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına töhfə vermək və yeni iş yerlərinin açılmasını təmin etmək əsas hədəflər sırasındadır. Təqdimatda “KPMG”, “E&Y”, “Deloitte”, “PWC”, “MCKinsey & Company”, “Baker& MCKenzie” kimi beynəlxalq konsaltinq şirkətləri, maliyyə və investisiya təşkilatları iştirak edib. Respublikanın müxtəlif iqtisadi zonalarında yerləşən və iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 10-dək iri dövlət müəssisəsinin, o cümlədən “Daşkəsən Filizsaflaşdırma” ASC, “Bakıelektroavtomat” ASC, “Mingəçevir Texniki Rezin” ASC, “Mingəçevir Regenerat” ASC-nin təqdimatı olub. Bundan əlavə, komitə tərəfindən yeni elan edilmiş hərrraclarda, ümumilikdə, Bakl şəhəri və respublikanın müxtəlif bölgələrində yerləşən 190 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…