Rusiya ilə Səudiyyə Ərəbistanı neft bazarında sabitliyin qorunması və uzunmüddətli perspektivdə sabit sərmayə səviyyəsinin təmin edilməsi üçün digər neft istehsalçıları ilə birgə fəaliyyət haqqında razılığa gəliblər. “TASS” informasiya agentliyi xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falihin imzaladığı birgə bəyanatda deyilir. “Nazirlər neft bazarında sabitliyin qorunması və uzunmüddətli perspektivdə sabit sərmayə səviyyəsinin təmin olunması məqsədilə iri istehsalçı ölkələr arasında konstruktiv dialoq və sıx əməkdaşlığın xüsusi vacibliyini qeyd ediblər. Bununla əlaqədar, nazirlər digər neft istehsalçıları ilə birgə və ya kooperasiyada fəaliyyət göstərmək haqqında razılığa gəliblər”, – deyə bəyanatda qeyd edilir. Həmçinin nazirlər neft bazarında vəziyyət üzrə məsləhətləşmələrin davam etdirilməsi və birgə monitorinq işçi qrupunun yaradılması barədə razılaşıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…