Dünən Azərbaycan Dövlət Neft Fondunun hərraca çıxardığı 200 milyon dollar məbləğində vəsaitdən 177 milyon 450 min 13 banka satılıb. Xatırladaq ki, Neft Fondunun son 2 ayda təşkil etdiyi digər auksionlarda da bu rəqəm kifayət qədər yüksək olub.
Maraqlıdır ki, Mərkəzi Bankın həftə ərzində təşkil etdiyi hərraclarda isə bu aktivlik müşahidə olunmur. Belə ki, Mərkəzi Bank hər hərracda 200 milyon dollar satışa çıxarsa da, 5 fevralda 7 bank tərəfindən 18,370 milyon dollar, 10 fevralda cəmi 1 bank tərəfindən 10 milyon dollar, 15 fevralda 10 bank tərəfindən 32,1 milyon dollar, 19 fevralda isə 11 bank tərəfindən 23,850 milyon dollar alınıb.
Görəsən, banklar niyə AMB-nin keçirdiyi hərraclarda passiv, ADNF-nin auksionlarında isə aktiv iştirak edir?
“Qafqazinfo” məsələ ilə bağlı ekspert Natiq Cəfərlidən münasibət öyrənib. Ekspert bildirib ki, Neft Fondunun hərraclarda Mərkəzi Banka nisbətən daha yüksək rəqəmlə dollar satmasının əsas səbəbi çox cüzi də olsa, qiymət fərqinin olmasıdır:
“Mərkəzi Bank, demək olar ki, gündəlik auksionlar keçirir. Neft Fondu isə ayda 1, ya da 2 dəfə. Fondun keçirdiyi hərraclarda Mərkəzi Bankın öz faiz dərəcəsi nəzərə alınmır. Yəni, çox cüzi də olsa, ucuz olur. Düzdür, fərq həddindən artıq azdır, ancaq söhbət milyonlardan gedirsə, bu rəqəm kifayət qədər gözə görünür. Bu səbəbdən də banklar Neft Fondunun hərracında iştirak etməyə maraqlı olur. Satışa çıxarılan dolların böyük əksəriyyətini- 178 milyon dollar vəsaiti 13 bank alıb. Bir gün üçün bu rəqəm heç də az deyil. İndiki məzənnə ilə götürsək, 300 milyon manatdan çox məbləğ edir. Çox güman ki, bu, az sayda bankların iştirak etməsinin nəticəsidir. Əvvəllər bu cür alışlarda 20-25 bank iştirak edirdi. Bu bankların da xarici kreditorlar qarşısında dollarla olan borcları var. Bir çox bankın manat vəsaitində çatışmazlıqlar yaranıb, Hətta manat dövriyyəsi xeyli dərəcədə zəifləyib. Mərkəzi Bankın kreditləşmə siyasəti sərt, bankların əllərindəki vəsait isə azdır. Bu səbəbdən banklar hərraca çıxarılan məbləğdən az bir hissəsini ala bilirlər”.
Ekspert onu da qeyd edib ki, Mərkəzi Bankın hazırki siyasəti manat siyasətini sərtləşdirməkdir. Bu siyasət özü də ciddi problemlər yaradıb. Ticarət dövriyyəsinin zəifləməsi, iqtisadi aktivliyin azalması- bütün bunlar həm bank sektorunda, həm də pərakəndə satışda ciddi problemlər yaradıb.xəbər100
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…