Bu ilin yanvar ayında Azərbaycanda toplanmış sığorta haqlarının 16,4%-i və yaxud 12,5 mln. manatı həyat sığortasının payına düşüb.Faktinfo-nun Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 53,1% böyüyüb.Həyat sığortasındakı yığımların 47%-i və yaxud 5,9 mln. manatı həyatın ölüm halından sığortası, 36,4%-i və yaxud 4,5 mln. manatı həyatın yaşam sığortası, 16,6%-i və yaxud 2,1 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb.Ay ərzində həyat sığortası üzrə ödənişlərin məbləği isə 4,3 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 31,9%-ni təşkil etməklə, 2015-ci ilin eyni dövrünə nisbətən 6,6 dəfə çoxdur.Həyat sığortasında ödənişlərin 95,4%-i və yaxud 4,1 mln. manatı həyatın yaşam sığortası, 2,5%-i və yaxud 105,4 min manatı həyatın ölüm halından sığortası, 2,1%-i və yaxud 90,5 min manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb.Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 34 manat ödəniş edilib. Bu rəqəm 2015-ci ilin yanvarında 8 manat olub.xəbər100
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…