AZAL Samsung Galaxy Note 7 smartfonu ilə səyahət edən sərnişinlərə xəbərdarlıq edir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən “Azərbaycan Hava Yolları” sərnişinlərdən uçuş zamanı Samsung Galaxy Note 7 smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir. Bu model smartfonun həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır. Məhdudiyyətlər Samsung Galaxy Note 7 smartfonlarının alışıb yanması halları ilə əlaqədar olaraq geri çağırılması barədə Samsung şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır. Samsung Galaxy Note 7 smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…