Braziliyada keçirilən XV Yay Paralimpiya Oyunlarının doqquzuncu günündə – sentyabrın 16-da 4 Azərbaycan idmançısı mübarizəyə qoşulacaq. Azərtac xəbər verir ki, ilk olaraq Dmitri və Roman Saley qardaşları 100 metr məsafəyə sərbəst növ üzrə üzgüçülük yarışlarında qüvvəsini sınayacaqlar. Üzgüçülərimizin iştirak edəcəyi təsnifat mərhələsində müxtəlif ölkələrdən iyirmi atlet mübarizə aparacaq. Mərhələnin səkkiz ən güclüsü finala vəsiqə qazanacaq. Yarış Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Atletika yarışlarında iki idmançımız mükafat uğrunda yarışacaq. Elmir Cəbrayılov 100 metr məsafəyə qaçış yarışlarında kubalı Leinier Savon Pineda, ev sahibi idmançısı Diogo Ualisson Jeronimo da Silva və Özbəkistan təmsilçisi Faxriddin Xamraev ilə birgə birinci qrupda yer alıb. Hər dörd qrupun birincisi yarımfinal mərhələsinə adını yazdıracaq. Nüvəitələmə yarışlarında isə ölkəmizi Rüfət Rəfiyev təmsil edəcək. Final mərhələsinə gedən yolda onunla birgə yeddi paralimpiyaçı medallar uğrunda mübarizə aparacaq. R.Rəfiyev gecə saat 00:45-də, E.Cəbrayılov isə 01:39-da yarışa qoşulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…