Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən sığorta vasitəçiləri və sığortaçıların satış nümayəndələrinin sığorta qanunvericiliyinə riayət etmələrinə dair geniş monitorinq aparılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, monitorinq zamanı aşkar edilmiş qanun pozuntularına görə 7 sığorta vasitəçisinə təqdimat, 10 sığorta vasitəçisinə isə xəbərdarlıq verilib. Xəbərdarlığın verilməsinə səbəb monitorinq zamanı aşkar edilmiş icbari sığorta qanunvericiliyinə əməl edilməməsi, lisenziyasız vasitəçilik fəaliyyətinin göstərilməsi, icbari sığorta şəhadətnamələrində məlumatların düzgün əks etdirilməməsi və digər pozuntu faktları olmuşdur. Monitorinq tədbirləri çərçivəsində sığorta vasitəçiləri ilə bağlı yaranan risklərə nəzarətin gücləndirilməsi ilə əlaqədar olaraq MBNP tərəfindən sığortaçılara müvafiq tapşırıqlar verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…