Noyabrın 21-22-də Bakıda “Ekologiya və yanacaq-energetika kompleksində sənaye təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransın təşkilatçısı Böyük Britaniyanın “Confidence Capital” şirkətidir. Tədbirin media tərəfdaşı olan Azərtac xəbər verir ki, bu, Xəzər regionunda neft-qaz sənayesində texnoloji və ekoloji təhlükəsizlik məsələlərinə diqqəti yönəldən yeganə konfransdır. Konfransda əməliyyat şirkətləri, texnologiya, avadanlıq və servis tədarükçüləri və dövlət orqanları arasında Xəzər regionunda fövqəladə vəziyyət və neft sızmalarının nəticələrinin aradan qaldırılması məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı əlaqələrin səmərəli müzakirəsi keçiriləcək. Konfrans çərçivəsində, həmçinin texnologiya və xidmətlərin mini sərgisi təşkil ediləcək. Sərgidə aparıcı istehsalçılar öz avadanlıq və texnologiyalarını nümayiş etdirəcək və innovasiya həllərindən söhbət açacaqlar. Həmçinin neft sızmasının qarşısının alınması və aradan qaldırılması üzrə geniş xidmət spektri və problemlərin həlli yolları təqdim ediləcək, ətraf mühitin monitorinqi, sızmaların nəticələrinin aradan qaldırılması, torpaqların rekultivasiyası, neft tullantılarının utilizasiyası və digər məsələlərin monitorinqi üzrə aparıcı xarici texnologiyaların nümayişi keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…