Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə dünyanın məşhur futbol klublarından olan “Yuventus” arasında əməkdaşlıq üzrə saziş imzalanıb. ABB-nin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, bankın baş ofisində keçirilən imzalanma mərasimində İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo, “Yuventus” Futbol Klubunun beynəlxalq əməkdaşlıq və korporativ gəlirlər bölməsinin rəhbəri Giorgio Ricci, “Yuventus” İdman Akademiyasının direktoru Gianluca Pessotto, “Yuventus”un keçmiş hücumçusu David Trezegue, AFFA təmsilçiləri, “İnter” Futbol Klubunun rəhbərliyi də iştirak ediblər. Azərbaycan Beynəlxalq Bankı idarə heyəti sədrinin müavini Ülvi Mansurov nəzərdə tutulan əməkdaşlıq istiqamətləri haqqında məlumat verib. Bildirib ki, müvafiq saziş çərçivəsində “Yuventus” klubu ilə bir sıra birgə tədbirlər həyata keçiriləcək. İlk addım kimi artıq “İnter Arena”nın bazasında “Yuventus” Futbol Akademiyası yaradılıb. Akademiyanın təşkilində məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına dəstək və “İnter” Futbol Klubunun mövcud infrastrukturunun inkişaf etdirilməsidir. Bütün dünyada məşhur olan “Yuventus” klubu ilə əməkdaşlıq Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətlərinin beynəlxalq arenada təbliği baxımından da geniş imkanlar açır. İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo ölkələrimiz arasında əlaqələrin getdikcə inkişafından məmnunluğunu ifadə edərək bu sazişin mədəni sahədə əməkdaşlığa yeni bir töhfə olacağını qeyd edib. İmzalanma mərasimindən sonra italiyalı qonaqların iştirakı ilə “Yuventus” Futbol Akademiyasının açılışı olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…