Dünya çempionatında ilk 1/4 finalçılar müəyyənləşib

21 Sentyabr 2016 10:51

Xəbər 821 dəfə oxunub

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında ilk dörddəbir finalçılar müəyyənləşib. Azərtac xəbər verir ki, bunlar Paraqvay və Rusiya yığma komandalarıdır. Paraqvay səkkizdəbir finalda penaltilər seriyasında təşkilatçı ölkənin millisinə qalib gəlib- 3:2. Növbəti mərhələdə rəqib Braziliya – İran görüşünün qalibi olacaq. Rusiya isə Vyetnamı böyük hesabla məğlub edib – 7:0. Qonşu ölkə yığması dörddəbir finalda İspaniya – Qazaxıstan matçının qalibi ilə üz-üzə gələcək. Qeyd edək ki, digər səkkizdəbir final görüşlərində Argentina Ukrayna, İtaliya Misir, Portuqaliya Kosta-Rika, Azərbaycan isə Tailandla üz-üzə gələcək.xeber100.com