Sentyabrın 25-də Azərbaycan Premyer Liqasında altınci turun görüşləri davam edib. Azərtac xəbər verir ki, ikinci oyun gününün ilk görüşü Gəncədə oynanılıb. “Kəpəz” klubu son çempion “Qarabağ”la üz-üzə gəlib. Belə ki, on dörd ildir rəqibinə qalib gələ bilməyən Gəncə təmsilçisi bu dəfə də Ağdam klubundan yalnız bir xal almağı bacarıb. Gəncə səfərində bərabərə qalan Qurban Qurbanovun komandası isə bir xalla kifayətlənməli olub-1:1. Hər iki qol matçın ikinci hissəsində vurulub. Əvvəlcə, meydan sahibinin heyətində Dario Federiko 54-cü dəqiqədə hesabı açıb -1:0. “Qarabağ” 75-ci dəqiqədə Reynaldonun qolu ilə hesabı bərabərləşdirib -1:1. Görüşün sonuna yaxın tərəflərin hesabı artırmaq üçün bir neçə imkanı olsa da, sonda tabloda rəqəmlər dəyişməyib. Beləliklə, heç-heçə sayəsində xal ehtiyatını 13-ə çatdıran “Qarabağ” üçüncü pillədə mövqeyi dəyişməyib. “Kəpəz” isə 7 xalla dördüncü pillədə qalıb. Xatırladaq ki, günün ikinci matçında ötən mövsümün mükafatçıları “Zirə” ilə “Qəbələ” qarşılaşacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…