“Stadio Olimpico”da keçiriləcək oyunu hakimlər briqadası idarə edəcək

26 Sentyabr 2016 16:13

Xəbər 1458 dəfə oxunub

Futbol üzrə UEFA Avropa Liqasının “E” qrupunda sentyabrın 29-da “Stadio Olimpico”da keçiriləcək “Roma” (İtaliya)–“Astra” (Rumıniya) oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək. Azərtac AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.xeber100.com