Premyer Liqasında VII turun növbəti oyunu keçirilib

2 Oktyabr 2016 18:54

Xəbər 774 dəfə oxunub

Oktyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib. Azərtac xəbər verir ki, günün son matçında “Neftçi” “Kəpəz”i qəbul edib. Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”da keçirilən qarşılaşma paytaxt klubunun hücumları ilə başlayıb. Oyunun 14-cü dəqiqəsində Denilson Pereyra gəncəlilərin qapısından ilk topu keçirib. Katalin Tira isə oyunun sonuna əlavə olunmuş vaxtda hesab arasındakı fərqi artırıb – 2:0. Beləliklə, “Neftçi” cari mövsümdə ikinci qələbəsini qazanaraq 6 xalla turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib. Tura sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.xeber100.com