İdman tədrisinin perspektivləri müzakirə olunub

4 Oktyabr 2016 11:06

Xəbər 855 dəfə oxunub

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İtaliyanın Kassino və Cənubi Lasio Universitetinin rektoru, İtaliyanın ən böyük ali məktəblərindən olan Genuya Universitetinin təhsil şöbəsinin müdiri və Link Campus Universitetinin “Erasmus” proqramının əlaqələndiriciləri ilə görüş keçirilib. Gənclər və İdman Nazirliyindən Azərtac-a bildiriblər ki, görüşdə idman tədrisi sahəsində təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin məşqçilərin hazırlanması, idman tibbi və idman menecmenti sahələrində davamlı əməkdaşlıq, yeni tədris proqramlarının hazırlanması, eyni zamanda, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi də müzakirə mövzusu olub. Söhbət zamanı bir sıra məsələlər, o cümlədən bioetika və idman etikası, biokimya və molekulyar biologiya sahəsində adaptiv mexanizmlərin təkmilləşdirilməsinə yönələn yeni texnologiyalar və dopinq məsələləri, akademiyada elm-tədris laboratoriyasının yaradılması, məhdud fiziki imkanlı tələbələrin tədris prosesinə cəlb edilməsi məsələləri də geniş müzakirə edilib.xeber100.com