Dünya İdman və Mədəniyyət Forumunda Azərbaycan da təmsil olunacaq

17 Oktyabr 2016 11:48

Xəbər 907 dəfə oxunub

Oktyabrın 19-dan 22-dək Yaponiyada Dünya İdman və Mədəniyyət Forumu keçiriləcək. Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu beynəlxalq tədbirə 60 ölkədən 300-dən çox nümayəndənin qatılacağı gözlənilir. Forumda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Qeyd edək ki, Dünya İdman və Mədəniyyət Forumu 2019-cu il Dünya Reqbi Kuboku, “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları və 2021-ci il Kansay Dünya Ustaları Oyunları ərəfəsində keçirilməklə bu yarışların yüksək səviyyədə təşkilinə öz töhfələrini verəcək. Forum zamanı əsasən üç mövzunun – “İnsan keyfiyyətlərinin təkmilləşdirilməsi”, “Dünya üzrə insanlararası mübadilənin inkişafı” və “İqtisadi və mədəni yeniliklərin yaradılması” mövzularında müzakirələr nəzərdə tutulur. Dünyanın müxtəlif ölkələrindən gələn idman, mədəniyyət və biznes sahəsində tanınmış mütəxəssislər, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli tədqiqatçılar, kütləvi informasiya vasitələrinin nümayəndələri yapon həmkarları ilə birlikdə məhz həmin istiqamətlərdə müzakirələrə qatılacaqlar.xeber100.com