“Böyük dəbilqə” turnirində çıxış edəcək komandanın heyəti açıqlanıb

18 Oktyabr 2016 11:29

Xəbər 849 dəfə oxunub

Oktyabrın 28–dən 30-dək Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində çıxış edəcək milli komandamızın heyəti açıqlanıb. Azərtac xəbər verir ki, beynəlxalq yarışın iştirakçılar ərizəsinə “Rio-2016” Olimpiya Oyunlarının gümüş medalçısı Rüstəm Orucovun (73 kq) da adı daxil edilib. Tatami üzərinə, həmçinin Mehman Sadıqov, Oruc Vəlizadə (hər ikisi 60 kq), İlqar Muşkiyev, Vüqar Şirinli, (hər ikisi 66 kq), Fəqan Quluzadə, Elvin Əhmədli, Ruslan Fərruxzadə (hamısı 81 kq), Məmmədəli Mehdiyev, Firudin Dadaşov (90 kq), Elxan Məmmədov və Cəlil Şükürov (hər ikisi 100 kq) çıxacaqlar. “Böyük dəbilqə” turnirində Fransa, Almaniya, ABŞ, Monqolustanın da yer aldığı 15 ölkədən 194 cüdoçu mükafatlar uğrunda mübarizə aparacaq.xeber100.com