Oktyabrın 19-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turuna yekun vurulacaq. Azərtac xəbər verir ki, üçüncü turun sonuncu günündə “A”, “B”, “C” və “D” qruplarında yer alan komandalar qarşılaşacaqlar. “A” qrupunda İngiltərənin “Arsenal” komandası Bolqarıstanın “Ludoqorest” kollektivini qəbul edəcək. Fransanın “PSJ” klubu isə İsveçrənin “Bazel” komandası ilə üz-üzə gələcək. “B” qrupunda İstanbulun “Beşiktaş” komandası İtaliyanın “Napoli” klubunun qonağı olacaq. Qrupun digər oyununda “Dinamo Kiyev” Portuqaliyanın “Benfika” komandasını qəbul edəcək. “C” qrupunda “Seltik” “Şotlandiya” komandası Almaniyanın “Borussiya Münxenqladbax”, “Barselona” klubu isə “Mançester Siti” kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. “D” qrupunda isə “Rostov” (Rusiya) – “Atletiko Madrid” və “Bavariya” – “PSV Eyndhoven” oyunları keçiriləcək. Oyunlar Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…