Cüdo üzrə bölgə birinciliklərinə start verilib. Azərtac xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi respublikamızın bölgələrində bu idman növünün inkişafı istiqamətində planlı şəkildə işlər aparır. Regionlarda cüdo mərkəzlərinin sayı artırılır, perspektivli və gənc idmançılar seçilərək milli komandaların heyətlərinə cəlb olunur. Bu gündən başlayaraq ilin sonunadək regionlarda və paytaxtda keçiriləcək yarışlar ölkəmizdə cüdonun daha da populyarlaşmasına xidmət edir. Federasiyanın yüksək səviyyədə təşkilatçılığı ilə ilk belə yarış Şəmkirdə start götürüb. Şəmkir Olimpiya İdman Kompleksində keçirilən Qərb Bölgəsi Birinciliyi U-18, U-15 yarışında 280 cüdoçu (272 oğlan, 8 qız) iştirak edir. İki gün davam edəcək yarışın ilk günündə 2003-2004 təvəllüdlü oğlanlar 30, 34, 38, 42, 46, 50, 55, 60, 66 və 66 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. 2003-2004 təvəllüdlü qızlar isə 36 və 40 kiloqramda yarışacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…