Avropa Olimpiya Komitəsinin 45-ci Assambleyası keçiriləcək

19 Oktyabr 2016 15:01

Xəbər 1011 dəfə oxunub

Oktyabrın 19-dan 23-dək Minskdə Avropa Olimpiya Komitəsinin (AOK) 45-ci Assambleyası keçiriləcək. Azərtac xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və AOK-un İcraiyyə Şurasının üzvü Çingiz Hüseynzadə, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov iştirak edəcəklər. Oktyabrın 21-22-də isə AOK-un Baş Assambleyası çərçivəsində “Avropa Olimpiya Dəfnəsi” mükafatı təqdim olunacaq. Tədbir çərçivəsində Dünya Antidopinq Agentliyinin məruzəsi təqdim ediləcək.xeber100.com