Belarus 2019-cu ildə ikinci Avropa Oyunlarını qəbul etməyə hazırdır. BELTA agentliyi xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa Olimpiya Komitəsinin prezidenti vəzifəsini icra edən Janez Kosijancic ilə görüşdə deyib. “Biz sizinlə tarixi qərar qəbul etdik və 2019-cu ildə bu Oyunlarda Avropa idmançılarını bir yerə yığacağıq”, – deyə Aleksandr Lukaşenko bildirib. O, həmçinin deyib ki, Belarusda neçə idman növü üzrə yarışların keçiriləcəyi ilə bağlı qərar qəbul etmək üçün tələsmək lazım deyil: “Mən burada mümkün qədər çox idmançının iştirak etməsinin tərəfdarıyam. Bu, onların bayramıdır”. Belarusun dövlət başçısı Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşündə ölkəmizin Avropa Oyunlarının yüksək standartlarını müəyyənləşdirdiyini bildirib. Prezident Aleksandr Lukaşenko deyib: “Oyunların təşkilində Azərbaycanın təcrübəsindən istifadə etmək bizim üçün çox vacibdir. Dostum, Azərbaycan Prezidenti İlham Əliyev elə bir yüksək səviyyə müəyyən edib ki, Azərbaycanı ötüb keçmək heç kəsə müyəssər olmayacaq”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…