Dünya çempionatinin ikinci seçmə mərhələsinin püşkü atılıb

28 Oktyabr 2016 10:24

Xəbər 734 dəfə oxunub

Lüksemburqda voleybol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatinin ikinci seçmə mərhələsinin püşkü atılıb. Azərtac xəbər verir ki, Azərbaycanın qadınlardan və kişilərdən ibarət milli komandalarının rəqibləri müəyyən edilib. “E” qrupunda yer alan qadın yığmamızın rəqibləri Hollandiya, Ukrayna, İsrail, Danimarka və Norveç komandalarıdır. Oyunlar gələn il mayın 30-dan iyunun 4-dək ölkəmizdə keçiriləcək. Kişi voleybolçularımız isə Fransa, Almaniya, Türkiyə, Ukrayna və İslandiya yığmaları ilə “A” qrupunda mübarizə aparacaqlar. Qarşılaşmalar gələn il mayın 23-28-də Fransada oynanılacaq.xeber100.com