Dəmir yolları ilə bağlı statistika açıqlanıb

31 Mart 2016 10:47

Xəbər 1429 dəfə oxunub

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal altında qalan dəmir yolları ilə bağlı statistika açıqlanıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, erməni təcavüzü nəticəsində Azərbaycan dəmir yollarının 240,4 km sahəsi işğal altına düşüb.

Bura Horadiz-Ordubad sahəsi üzrə 144 km (o cümlədən Mehri rayonu üzrə 43, 4 km), Mincivan-Qafan sahəsi üzrə 39,1 km, Təzəkənd-Xankəndi sahəsi üzrə 51,0 km, Qazax-Barxudarlı sahəsi üzrə 6,3 km sahə daxildir.  İşğal nəticəsində dəmir yolunun təsərrüfatlarına təxminən 45 mln. 60 min dollar məbləğində ziyan dəyib. 1992-ci ilin aprel ayından Mincivan dövriyyə deposu tamam dağıdılıb. Depoda olan 10 ədəd müxtəlif markalı teplovoz blokadada qalıb, təqribən 14 mln. dollar həcmində ziyan dəyib. Vaqon təsərrüfatına dəyən ziyanın təqribi miqdarı 4 mln. 860 min dollar məbləğindədir. Horadiz-Mincivan-Qafan-İmişli stansiyalarında olan vaqonların texniki-müayinə məntəqələri (TMM), cari təmir  sexləri, qaldırıcı mexanizmlər, vaqonların təmiri üçün xüsusi dalan yolları, xeyli miqdarda yük vaqonları və sairə texniki avadanlıqlar dağıdılıb. Yol təsərrüfatı üzrə dəyən ziyanın miqdarı 10 mln. 250 min dollar təşkil edir. Bura istehsal gücü 200 min kub olan çınqıl zavodu, yol distansiyalarının emalatxanaları, drezinlər, qaldırıcı qurğular, ağır maşın-mexanizmləri, inzibati binalar, yoldəyişdirici qurğular, müxtəlif tipli relslər, böyük və orta körpülər, tunellər, qalereyalar, keçidlər və s. avadanlıqlar daxildir. Daşıma Proseslərini İdarəetmə Birliyi üzrə işğal olunmuş stansiyalara Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi miqdarı 12 mln. 350 min dollar məbləğindədir. Rabitə  və İşarəvermə, Enerji təchizatı təsərrüfatlarının Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi  miqdarı 3 mln. 600 min dollar  təşkil edir. Bura 80 km. ikixətli xüsusi markalı kabellər, avtomatik bloklama sistemləri, rabitə və teleqraf qurğuları, yerli ATS, dispetçer mərkəzləşdirmə qurğusu, Mincivan-Bartaz , Mincivan-Xurama sahələrində olan birxətli  avtomatik bloklama  sistemləri, Mincivan-Zəngilan sahəsində rele yarımavtomat bloklama sistemi daxildir. Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xətt boyu yerləşən təşkilatlarında keçirilən anım tədbirlərində 31 mart soyqırımı qurbanlarının xatirəsi yad olunur, faciəni yaradan səbəblər, soyqırımı nəticəsində vurulan maddi və mənəvi ziyan bir daha xatırlanır.

 

 

Xam neft qiymətləri son beş həftənin ən yüksək həddinə yaxınlaşır

Birjalarda xam neft qiymətləri son beş həftənin ən yüksək həddinə yaxınlaşır. Hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir bareli 94 dollardan, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir bareli isə 87 dollardan baha satılır. Analitiklərin fikrincə, ABŞ-nin İranın hərbi hədəflərinə ardıcıl zərbələr endirməsindən və İranın dronları ilə Küveytə hücumlardan sonra təchizatda fasilələrlə bağlı narahatlıqlar artıb. Yəməndəki İran tərəfindən dəstəklənən husi üsyançıları Bab əl-Məndəb boğazında Səudiyyə Ərəbistanının neft tankerlərini hədəf alacaqlarını elan edib və Səudiyyə Ərəbistanına dəniz blokadası tətbiq edərək münaqişədə yeni bir cəbhə açıblar. Qırmızı dənizin cənub girişində yerləşən Bab əl-Məndəb boğazı ABŞ və İran arasında bu ayın əvvəlində atəşkəs pozulduqdan sonra Hörmüz boğazından neft daşınmasının kəskin azalmasından sonra Səudiyyə Ərəbistanının xam neft ixracı üçün getdikcə daha vacib bir yola çevrilib. Bundan başqa, ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, İrandakı müharibə bu günə qədər ölkəyə 37,5 milyard dollara başa gəlib. Amerika Neft İnstitutunun (API) məlumatlarına görə isə ötən həftə ABŞ-də xam neft və distillə yanacaq ehtiyatları artıb, benzin ehtiyatları isə azalıb.xeber100.com  

İyul 22, 2026 13:00

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə yeni maddə əlavə edilir

Əmək Məcəlləsinə işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə ilə bağlı maddə əlavə edilir. Bu məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 17-də keçirilən iclasının gündəliyinə daxil edilib. Qanun layihəsinə əsasən, kommersiya hüquqi şəxsin təsisçisinin (iştirakçısının) və ya onun verdiyi səlahiyyət əsasında işəgötürənin təşəbbüsü ilə işçiyə güzəştli şərtlərlə və ya ödənişsiz əsasla müəssisənin paylarının (səhmlərinin) verilməsi və ya gələcəkdə onları əldə etmək (almaq) hüququnun tanınması ilə bağlı məsələləri tənzimləyən ayrıca müqavilə imzalamaq mümkün olacaq. Sənədə, həmçinin 7-1-ci və 76-1-ci maddələr əlavə edilir. Təsisçi və ya işəgötürənlə işçi arasında bağlanan işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə payların (səhmlərin) işçinin tam mülkiyyətinə keçməsi üçün aşağıdakı xüsusi şərtlərdən biri müəyyən edilə bilər: - zamana əsaslanan şərt: tərəflər arasında müəyyən edilmiş müddət ərzində işçinin işəgötürənləəmək münasibətlərində olması şərtilə paya (səhmə) olan hüququnun hissə-hissə və ya müddətin sonunda tam qüvvəyə minməsi; - hədəfə əsaslanan şərt: işçinin və ya kommersiya hüquqi şəxsin fəaliyyətində müəyyən hədəflərə nail olunması şərtilə paya (səhmə) olan hüququnun qüvvəyə minməsi. - Tərəflər işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə bu Məcəllənin 76-1.1-ci maddəsinə uyğun olaraq, əmək münasibətlərinə xitam verilməsi əsaslarından asılı olaraq paya (səhmə) olan hüquqlarının əldə edilib-edilməməsi nəticələrini müəyyən edə bilərlər.xeber100.com

İyun 17, 2026 13:02

Hörmüz boğazından xam neft və yanacaq axını 6 milyon barel azalıb

Fevralın sonlarında Yaxın Şərqdə münaqişə başlayandan sonra ilin birinci rübündə Hörmüz boğazından xam neft və yanacaq axını gündəlik təxminən 6 milyon barel azalıb. Bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Münaqişə dövründə Körfəzdən yalnız məhdud sayda tanker çıxa bilib. Baxmayaraq ki, bəzən gərginlik yenidən alovlanır, aprelin əvvəlindən bəri atəşkəs qüvvədədir. Lakin ABŞ və İran fikir ayrılıqlarının həllində və sülh təklifi ilə bağlı razılığa gəlməkdə heç bir əhəmiyyətli irəliləyiş əldə etməyiblər. Bu, Hörmüz boğazının faktiki olaraq bağlı qalması ilə nəticələnib və qlobal müştərilərə vacib enerji təchizatı dayandırılıb. “Bloomberg News”un peyk görüntülərinə istinadən yaydığı məlumata görə, İranın əsas ixrac mərkəzi olan Kərk adası terminalındakı neft yükləmə limanlarının ötən gün boş qaldığı bildirilir. Peyklərin terminalda fəaliyyət aşkarladığı ardıcıl dördüncü dövr ərzində də ərazidə heç bir tanker görünməyib. Beynəlxalq Enerji Agentliyinə görə, Yaxın Şərqdəki münaqişə bu gün bitsə belə Hörmüz boğazından axınların normal vəziyyətə qayıtması üçün aylar lazım olacaq və enerji bazarı oktyabr ayına qədər ciddi təchizat kəsiri ilə üzləşəcək. Yaxın Şərqdəki münaqişə, həmçinin qlobal neft ehtiyatlarının rekord səviyyədə azalmasına səbəb olub. Münaqişənin başlanğıcından bəri ümumilikdə 1 milyard bareldən çox neftin bazardan çıxarıldığı və Körfəz ölkələrində ümumi istehsalın gündəlik 14 milyon bareldən çox azaldığı bildirilir. Beynəlxalq Enerji Agentliyi enerji böhranını idarə etmək üçün mart ayında strateji neft ehtiyatlarından rekord səviyyədə istifadə olunacağını açıqlamışdı. Ümumilikdə 400 milyon barel neftin istifadəsi nəzərdə tutulur. Bundan başqa, açıq dənizdə Rusiya neftinin alınmasına icazə verən ABŞ-nin sanksiyalarına qoyulan güzəşt bu həftə sonu başa çatacaq. Bu, Rusiya neftinin ən böyük alıcılarından biri olan Hindistandakı neft emalı zavodlarını xüsusilə həssas vəziyyətə sala bilər. Belə ki, Cənubi Asiya ölkəsi bu ay rekord səviyyədə neft idxal edib. Qeyd edək ki, Hörmüz boğazının bağlanması qlobal neft tədarükünün təxminən 20 faizinə təsir edib. Boğazdan keçən gəmilərin hərəkəti ABŞ-İran müharibəsindən əvvəlki səviyədən təxminən 95 faiz aşağı olaraq qalmaqdadır. Hörmüzün bağlanması, eyni zamanda, gündəlik 10 milyard kubfutdan çox LNG-nin azalmasına və ya qlobal tədarükün təxminən 20 faizinə təsir göstərib.xeber100.com

May 14, 2026 13:07

Ərəb Neft İxrac Edən Ölkələr Təşkilatının məlumatına görə…

Yaxın Şərqdə təchizat kəsintilərinə baxmayaraq, ilin birinci rübündə qlobal miqyasda mayeləşdirilmiş təbii qaz (LNG) ixracı 3,8 faiz artaraq 112,2 milyon tona çatıb. Bu barədə yayıb. Bildirilir ki, ABŞ-İran münaqişəsi və Hörmüz böhranı fonunda rüb ərzində qlobal LNG ixracı artmağa davam edib, Yaxın Şərqdəki istehsal itkilərini ABŞ və Kanadada artan hasilat kompensasiya edib, Avropada LNG tələbatı ikirəqəmli artım göstərib, Asiyada isə məhdud artım müşahidə olunub. Belə ki, birinci rübdə ABŞ-nin LNG ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz artaraq 32,3 milyon tona çatıb. Bu artımla ölkənin qlobal LNG ticarətindəki payı tarixi göstəriciyə - 28,8 faizə yüksəlib. Avstraliyanın ixracı eyni dövrdə 5,4 faiz artaraq 19,9 milyon tona çatıb. Qətər LNG qurğularına edilən hücumlar səbəbindən sıralamadakı mövqeyini itirib. Birinci rübdə ölkənin LNG ixracı 33,2 faiz azalaraq 14,7 milyon tona düşüb. Birləşmiş Ərəb Əmirliklərində isə ixrac 39,6 faiz azalaraq 970 min ton olub. Hesabat dövründə Rusiyanın LNG ixracı 8,3 faiz artaraq 8,9 milyon tona çatıb. Rüb ərzində Asiya bazarında LNG idxalı 1 faiz artaraq 66,9 milyon tona yüksəlib. Çin, Yaponiya, Koreya Respublikası və Tayvanın ümumi idxalı 0,6 faiz artaraq 51,74 milyon tona çatıb, Çinin idxalı isə 6,3 faiz azalaraq 14,4 milyon tona düşüb. Bu azalmaya daxili istehsalın artması, Rusiyadan boru kəməri ilə qaz tədarükü və yenilənmiş ixrac trendi təsir edib. Yaponiyanın idxalı 18,2 milyon ton olmaqla sabit qalıb, Koreya Respublikasının idxalı isə 6,9 faiz artaraq 13,4 milyon tona yüksəlib. Böyük Britaniya və Türkiyə də daxil olmaqla, birinci rübdə Avropa bazarında LNG idxalı 11,1 faiz artaraq təxminən 40 milyon tona çatıb. Regionun qlobal LNG tələbatındakı payı 35,1 faiz olub. Avropa İttifaqına üzv ölkələrin LNG idxalı isə 12 faiz artaraq 28,3 milyon tona yüksəlib. “Köhnə qitədə” soyuq hava şəraiti və saxlama tutumunun azalması ilə nəticəsində LNG-nin ümumi təbii qaz idxalındakı payı 50,6 faizə çatıb.xeber100.com

May 4, 2026 14:03