Voleybol Federasiyasının məlumatı…

1 Noyabr 2016 10:14

Xəbər 1115 dəfə oxunub

Kişilər və qadınlar arasında voleybol üzrə Azərbaycan Superliqasının təqvimi açıqlanıb. Azərbaycan Voleybol Federasiyasından Azərtac-a bildirilib ki, mübarizəyə ilk olaraq, noyabrın 3-də kişi voleybolçular başlayacaqlar. İlk turda “Nəqliyyatçı” komandası “Lokomotiv” ilə, “Naxçıvan” kollektivi “Sumqayıt” ilə, “Neftçi” isə MOİK ilə qarşılaşacaq. Açılış mərasimi həmin gün saat 16:00-da başlayacaq. Qadınlardan ibarət komandaların yarışına isə noyabrın 8-də start veriləcək. Azarkeşlər ilk turda “Telekom”-“Azəryol”, “Azərreyl”-“Lokomotiv” oyunlarını izləyə biləcəklər. Superliqanın bu mövsümündə yenilik olacaq. Belə ki, çempionatda Gürcüstan təmsilçisi də çıxış edəcək.xeber100.com