Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) 2040-cı ildə qlobal enerji tələbatının 40 faiz artacağını proqnozlaşdırır. Azərtac xəbər verir ki, bu barədə OPEC-in hesabatında deyilir. Hesabata görə, 2040-cı ildə qalıq yanacaq növlərinin qlobal enerjidəki payı 77 faizə çatacaq. Təbii qaz isə 27 faiz ilə ən böyük paya sahib olacaq. Təbii qazdan sonra 26 faizlə neft və 24 faiz ilə kömür yer alacaq. Enerji tələbatında bərpaolunan enerji mənbələrinin payı 17 faiz, nüvə enerjisi isə 6 faiz olacaq. Qlobal enerji tələbatı 2040-cı ilədək 40 faiz artımla gündəlik 382 milyon 100 min barrel neft ekvivalentinə yüksələcək. Artımın böyük hissəsi inkişaf etməkdə olan ölkələrdən qaynaqlanacaq. Qlobal enerji tələbatında inkişaf etməkdə olan ölkələrin payı 63 faizə yüksələcək. Həmin dövrdə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə enerji tələbatı 30 faiz, Avrasiya ölkələrində isə 7 faiz təşkil edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…