Mərkəzi Bank beynəlxalq maliyyə təşkilatları və digər dövlət orqanları ilə birgə həyata keçirilən “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində bir sıra bank və maliyyə qurumlarının iştirakı ilə 2015-2016-cı illərdə tələbələr üçün “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimlər keçirib. Sözügedən təlimə tələbələrin böyük marağını və daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, bank bu ilin noyabr-dekabr aylarında növbəti təlimlərin keçiriləcəyini elan edir. Mərkəzi Bankdan Azərtac-a bildiriblər ki, təlim 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə tələbələrə Mərkəzi Bank tərəfindən maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminar keçiriləcək. Bu mərhələdə seçilmiş tələbələr ikinci mərhələdə iştirak hüququ qazanacaqlar. İkinci mərhələdə tələbələr “Əmanətlərin Sığortalanması Fondu”, “Amrahbank”, “Bakı Sığorta”, “DəmirBank”, “FINCA Azərbaycan”, “AccessBank” və “Unibank”da tədris səfərlərində olacaq və müxtəlif seminarlarda iştirak edəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…