“Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi başlayıb

24 Noyabr 2016 11:13

Xəbər 922 dəfə oxunub

Bakı İdman Sarayında güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi başlayıb.Azərtac xəbər verir ki, sayca 9-cu dəfə təşkil olunan turnirdə 50-dən artıq ölkədən 700-ə yaxın güləşçi iştirak edir. Proqrama əsasən, yarışın ilk günündə sərbəst güləşçilər mübarizə aparırlar.Sərbəst güləş yarışlarında baş məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi altında məşqçilər korpusu 22 güləşçimizi sınaqdan keçirir.xeber100.com