Noyabrın 24-də UEFA Avropa Liqasında qrup mərhələsinin beşinci turunun oyunları keçirilib. Tur çərçivəsində 12 qrupda ümumilikdə 24 matç oynanılıb.Azərtac xəbər verir ki, “Qarabağ”ın mübarizə apardığı “J” qrupunda “Fiorentina” (İtaliya) komandası öz meydanında Yunanıstanın “PAOK” klubuna 2:3 hesabı ilə məğlub olub. “Qarabağ” isə Çexiyada “Slovan Libereç”ə 0:3 hesabı ilə uduzub. Məğlubiyyətə baxmayaraq, “Fiorentina” klubu 10 xalla qrupda liderliyini davam etdirir. “Qarabağ” və “PAOK” 7 xalla ikinci və üçüncü yerləri bölüşürlər. “Slovan Libereç”in hesabında isə 4 xal var.“Qəbələ”nin çıxış etdiyi “C” qrupunda keçirilən “Sent-Etyen” (Fransa)-“Maynts” (Almaniya) görüşündə hesab açılmayıb–0:0. “Qəbələ” isə evdə “Anderlext”ə 1:3 hesabı ilə uduzub. Beş oyundan sonra “Anderlext” 11 xal toplayaraq növbəti mərhələyə vəsiqəni təmin edib. Fransanın “Sent-Etyen” klubu da 9 xalla növbəti mərhələyə yüksəlib. Aktivində 6 xal olan “Maynts” və hələ ki, xal qazanmayan “Qəbələ” isə Avropa Liqası ilə vidalaşıb. Bu qrupda 6-cı turun oyunları formal xarakter daşıyacaq.Ölkəmizin futbol azarkeşləri üçün maraqlı oyunlardan biri azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyi “Şalke” (Almaniya)-“Nitsa” (Fransa) qarşılaşması olub. Meydan sahibləri rəqibləri üzərində 2:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər. Matçda Əliyar Ağayev qonaq komandanın qapısına penalti zərbəsi təyin edib və meydan sahiblərinin bir futbolçusuna qırmızı vərəqə göstərib. Qrupun digər matçında heç-heçə qeydə alınıb. Rusiyanın “Krasnodar” klubu Avstriyanın “Zaltsburq” klubu ilə “sülh” bağlayıb-1:1. Bununla da Rusiya klubu növbəti mərhələyə yüksəlib.Azərbaycanlı futbol azarkeşləri üçün maraq kəsb edən qarşılaşmalardan biri İstanbulda baş tutub. “A” qrupunda Türkiyənin “Fənərbağça” klubu Ukraynanın “Zorya” komandasına 2:0 hesabı ilə qalib gəlib. İngiltərənin “Mançester Yunayted” komandası isə Hollandiyanın “Feyenoord” klubunu darmadağın edib – 4:0. Bu nəticələrdən sonra “Fənərbağça” klubu 10 xalla qrup liderliyini ələ keçirib. “Mançester Yunayted” 9 xalla ikinci, “Feyenoord” 7 xalla üçüncü, “Zorya” isə 2 xalla sonuncudur.
Digər qruplarda aşağıdakı nəticələr qeydə alınıb:
“B” qrupu
“Astana” (Qazaxıstan)-APOEL (Kipr) – 2:1
“Olimpiakos” (Yunanıstan)-“Yanq Boyz” (İsveçrə) – 1:1
“D” qrupu
“Zenit” (Rusiya)-“Makkabi” (Təl-Əviv, İsrail) – 2:0
“Dundalk” (İrlandiya)-“AZ Alkmaar” (Hollandiya) – 0:1
“E” qrupu
“Roma” (İtaliya)-“Viktoriya” (Çexiya) – 4:1
“Austriya” (Avstriya)–“Astra” (Rumıniya) – 1:2
“F” qrupu
“Atletik” (İspaniya)-“Sassuolo” (İtaliya) – 3:2
“Genk” (Belçika)-“Rapid” (Avstriya) – 1:0
“G” qrupu
“Ayaks” (Hollandiya)-“Panatinaikos” (Yunanıstan) – 2:0
“Selta” (İspaniya)-“Standart” (Belçika) – 1:1
“H” qrupu
“Şaxtyor” (Ukrayna)–“Konyaspor” (Türkiyə) – 4-0
“Gent” (Belçika)–“Braqa” (Portuqaliya) – 2:2
“K” qrupu
“Sparta” (Çexiya)-“Southempton” (İngiltərə) – 1:0
“Hapoel” (Bir Şeva, İsrail)–“İnter” (İtaliya) – 3:2
“L” qrupu
“Sürix” (İsveçrə)-“Vilyarreal” (İspaniya) -1:1
“Styaua” (Rumıniya)-“Osmanlıspor” (Türkiyə) – 2:1
UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu – altıncı turunun oyunları dekabrın 8-də keçiriləcək.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…