Növbəti mövsümdə “Formula-1”də…

28 Noyabr 2016 11:02

Xəbər 955 dəfə oxunub

Növbəti mövsümdə “Formula-1”də daha enli təkərlərdən istifadə ediləcək. “Pirelli” şirkətinin hazırladığı yeni təkərlər indikilərlə müqayisədə 25 faiz daha enli olacaq. Ön təkərlərin eni 245 millimetrdən 305-ə, arxa təkərlərin eni isə 325 millimetrdən 405-ə qədər artırılacaq.“f-1.az” saytı xəbər verir ki, “Mercedes AMG”, “Red Bull Racing” və “Ferrari” komandaları avqust ayından etibarən yeni təkərləri müxtəlif traslarda test edəcəklər. Əbu-Dabi Qran-prisindən sonra “Yas-Marina” trasında bütün komandalara yeni təkərlərlə işləmək imkanı veriləcək.Əbu-Dabidə yeni təkərlərin təqdimatı keçirilib. “Pirelli Motorsport” şirkətinin rəhbəri Pol Hembri və idman direktoru Mario İzola jurnalistlərin müşayiəti ilə təkərlərin üzərindən örtüyü qaldırıblar. Sürücülər gələn mövsüm yenilənmiş aerodinamika və enli təkərlərlə daha sürətli dövrələr vuracaqlar.xeber100.com