Şahmat üzrə beynəlxalq yarışlar təşkil olunub

28 Noyabr 2016 11:06

Xəbər 794 dəfə oxunub

Bakıda məşhur şahmat bəstəçisi Məcnun Vahidovun 70 illiyinə həsr olunmuş şahmat bəstələrinin tərtibi üzrə beynəlxalq yarışlar təşkil olunub.Azərtac xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının Şahmat bəstəçiliyi komissiyasının təşkil etdiyi memorial şahmat bəstəçiliyinin ikigedişli və üçgedşli bölmələri üzrə keçirilib. Yarışların direktoru Elmar Abdullayev, ikigedişli bölmənin hakimi Anatoli Stepoçkin, üçgedişli bölmənin hakimi isə Aleksandr Melniçuk olub.İkigedişli bölmədə 14 olkədən 28 müəllifin 39, üçgedişli bölmədə isə 13 ölkədən 31 müəllifin 40 şahmat məsələsi iştirak edib.xeber100.com