Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən noyabrın 29-da keçirilmiş növbəti açıq hərracda 19 dövlət əmlakı özəlləşdirilib.Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, budəfəki hərracın nəticəsinə əsasən 6 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi, 2 səhmdar cəmiyyəti və 8 nəqliyyat vasitəsi xüsusi mülkiyyətə verilib.İnvestorlar və əmlak sahibi olmaq istəyən vətəndaşlar hazırda kifayət qədər sadə proseduru icra etməklə belə hərraclara qatıla bilir. Vətəndaş elan olunan hər bir hərrac üzrə komitənin Özəlləşdirmə portalı (privatization.az) üzərindən hərraca çıxarılan əmlaklarla (foto, mətn və xəritə məlumatları) tanış olur. Daha sonra seçdiyi əmlak üzrə “sifariş ver” düyməsini sıxaraq və əmlakın satış qiymətinin 10 faiz məbləğində behi elektron ödəyərək hərracda iştirakçı statusu qazanır. Xatırladaq ki, hərraclar barədə elanlar, eyni zamanda, komitənin rəsmi internet səhifəsində və facebook hesabında da əks olunur.Hərrac günü prosesi əyani görmək istəyən vətəndaşlar və media nümayəndələri hərrac məkanına gəlib və gedişatı izləyiblər. Monitorlar vasitəsilə hərraca çıxarılmış hər bir əmlak barədə qısa məlumat verilib. Həmçinin canlı bağlantı sayəsində regionlar üzrə davam edən hərraclar da izlənilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…