SOCAR-ın müəssisə rəhbərləri və insan resurslarının idarə edilməsi sahəsində çalışan rəhbər, mütəxəssis heyəti üçün şirkətin baş ofisində İngiltərədən dəvət olunan insan resurslarının idarə edilməsi sahəsində beynəlxalq aparıcı təlimçi, konsultant, eləcə də “Shell”, “BMW”, “Sony”, “Coca-Cola”, “Adidas”, “Nike” və sair kimi dünya şöhrətli şirkətlərdə iş təcrübəsinə malik, bir sıra elmi nəşrlərin müəllifi olan doktor Toni Miller tərəfindən “İnsan Resursları üzrə biznes tərəfdaş (İRBT) və ya heyətin idarə edilməsinin yeni nəsli” mövzusunda təlim-seminar təşkil edilib.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, təlim zamanı iştirakçılara son zamanlar şirkətlərdə insan resurslarının idarə edilməsinin strateji əhəmiyyətinin artması, strateji tərəfdaş kimi biznesin inkişafına verdiyi maddi dəyər, İRBT modeli çərçivəsində işçilərin fəaliyyətinin qiymətləndirilməsi metodları və sair mövzular barədə məlumat verilib, bu modelin şirkətlərdə uğurlu tətbiqinə dair real misallar göstərilib. İnteraktiv şəkildə təşkil olunmuş təlimdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar təlimçi tərəfindən praktik misallarla cavablandırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…