UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq

7 Dekabr 2016 12:16

Xəbər 758 dəfə oxunub

Noyabrın 7-də futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.Azərtac xəbər verir ki, ikinci oyun günündə “E”, “F”, “G” və “H” qruplarında növbəti səkkiz matç keçiriləcək.“E” qrupunun liderləri “Monako” (Fransa – 11 xal) və “Bayer” (Almaniya – 7 xal) öz aralarında formal matça çıxacaqlar. Londonda keçiriləcək “Tottenhem” (İngiltərə – 4 xal) – MOİK (Rusiya – 3 xal) görüşü Avropa Liqasına yollanacaq komandanın kimliyinə aydınlıq gətirəcək.“F” qrupunda oynanılacaq “Real” (Madrid – 11 xal) – “Borussiya” (Dortmund – 13 xal) matçı qrup birincisi baxımından maraq kəsb edəcək. Digər iki komanda “Legiya” (Polşa-1 xal) və “Sportinq” (Portuqaliya- 3 xal) isə Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparacaqlar.“G” qrupunda hələ mərhələ adlamayan “Porto” (Portuqaliya-8 xal) qrupun şəriksiz lideri “Lester”i (İngiltərə – 13 xal) qəbul edəcək. Portuqaliya klubu evdə bərabərə qalarsa və “Kopenhagen” (Danimarka – 6 xal) “Brügge”ni (Belçika – 0 xal) səfərdə məğlub etsə, o zaman skandinaviyalılar mərhələ keçəcəklər.“H” qrupuna başçılıq edən “Yuventus” (İtaliya – 11 xal) bunadək xal qazanmayan “Dinamo”nu (Zaqreb) qəbul edəcək. İkinci onaltıdabir finalçı “Lion” (Fransa-7) – “Sevilya” (İspaniya-10 xal) matçında məlum olacaq. “Lion” doğma meydanda iki top fərqi ilə “Sevilya”nı məğlub edə bilsə, mərhələ adlayan tərəf olacaq. Bu cütün uduzan komandası isə Avroliqada yoluna davam edəcək.xeber100.com