İranın Milli Olimpiya Komitəsinin məlumatına görə…

9 Dekabr 2016 11:29

Xəbər 854 dəfə oxunub

İran İslam Respublikası gələn il Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında 120-dən çox idmançı ilə iştirak edəcək.Bu barədə İranın Milli Olimpiya Komitəsinin baş katibi Şahrux Şahnazi məlumat verib. O bildirib ki, İslam Həmrəylik Oyunları futbol üzrə dünya çempionatına hazırlıq mərhələsi ilə üst-üstə düşdüyünə görə İranın futbol komandası yarışlarda iştirak edə bilməyəcək. Lakin başqa bir komanda hazırlanıb yarışlara çıxarılacaq.xeber100.com