Voleybol oyununun hakimləri açıqlanıb

9 Dekabr 2016 11:32

Xəbər 741 dəfə oxunub

Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandasının Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu idarə edəcək hakimlər müəyyənləşib.Azərtac  xəbər verir ki, dekabrın 15-də Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində Polşanın “Dabrova Qornitsa” komandasını qəbul edəcək. Görüşün baş hakimi serbiyalı İvan Lazareviç olacaq. Ona italiyalı həmkarı Stefano Cesare kömək edəcək.Bakı təmsilçisinin Çempionlar Liqasının “C” qrupunda digər rəqibləri “Sen-Rafael” (Fransa) və “Fənərbağça” (Türkiyə) komandalarıdır.xeber100.com