2017-2018-ci il mövsümünün final qarşılaşması…

11 Dekabr 2016 10:34

Xəbər 872 dəfə oxunub

Futbol üzrə UEFA Avropa Liqasının 2017-2018-ci il mövsümünün final qarşılaşması Fransanın Lion şəhərində keçiriləcək.Az’rtac UEFA-nın saytına istinadla xəbər verir ki, bu barədə qitə futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Qitə miqyaslı turnirlərin final oyununa ilk dəfə ev sahibliyi edəcək “Stad de Lion” 58 min tamaşaçı tutumuna malikdir. 2019-cu ildə qadınlar arasında dünya çempionatının açılış mərasiminin və final matçının da bu stadionda keçirilməsi nəzərdə tutulub.Xatırladaq ki, UEFA Avropa Liqasının 2016-2017-ci il mövsümünün final qarşılaşması mayın 24-də İsveçin paytaxtı Stokholmdakı “Friends Arena” stadionunda oynanılacaq.xeber100.com