Nigeriya tam istehsal həddinə çatdıqdan sonra OPEC-in sazişinə qoşulub gündəlik neft hasilatını 50 min barrel azalda bilər. Bunu Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu bəyan edib.“Bloomberg” xəbər verir ki, E.İ.Kaçikvunun sözlərinə görə, Nigeriya noyabr ayında hər gün 1,6 milyon barrel neft hasil edib.Xatırladaq ki, OPEC-in üzvü olmayan ölkələr dekabrın 10-da Vyanada gündəlik neft hasilatının ümumən 558 min barrel, o cümlədən Azərbaycan tərəfindən 35 min barrel azaldılmasını razılaşdırıblar. Bu sazişə Azərbaycanla bərabər daha 10 ölkə – Rusiya, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Ekvatorial Qvineya, Sudan və Cənubi Sudan qoşulublar. Saziş yanvar ayında qüvvəyə minəcək. Gələn ilin birinci yarısı üçün nəzərdə tutulan sazişin müddəti uzadıla bilər. Liviya və Nigeriya istehsalı azaltmaq barədə heç bir öhdəlik qəbul etməyiblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…