“Avro-2020”nin loqotipinin təqdimatı keçirilib

15 Dekabr 2016 10:35

Xəbər 879 dəfə oxunub

 

Belçikanın paytaxtı Brüsseldə “Avro-2020”yə ev sahibi şəhərlərindən biri kimi loqotipin təqdimat mərasimi keçirilib.Azərtac xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi E.Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri K.Mehtiyeva iştirak ediblər.Brüssel şəhərinin meriya binasında təşkil olunan mərasimə UEFA İcraiyyə Komitəsinin üzvü Mixael van Praaq da qatılıb.Noyabrın 30-da Bakıda təşkil olunmuş analoji tədbirdə isə Belçika Futbol Federasiyasının nümayəndələri iştirak ediblər.Xatırladaq ki, 2014-cü ildə UEFA-nın İcraiyyə Komitəsinin qərarı ilə qitə turnirinin 13 şəhərdə keçirilməsinə qərar verilib.Belə ki, qrup mərhələsinin 3 oyunu və dörddəbir final mərhələsi görüşlərinə – Sankt-Peterburq, Roma, Münhen və Bakı ev sahibliyi edəcək. Növbəti səkkiz şəhər – Kopenhagen, Buxarest, Amsterdam, Dublin, Bilbao, Budapeşt, Brüssel və Qlazqoda digər qrup matçları və səkkizdəbir final qarşılaşmaları təşkil ediləcək. Avropa çempionatının yarımfinal və final mərhələsi Londonun “Uembli” stadionunda keçiriləcək.xeber100.com