Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Zirə Eko Parkda şair, publisist Nüsrət Kəsəmənlinin anadan olmasının 70 illiyi ilə əlaqədar anım tədbiri keçirilib.İdarədən Azərtac-a bildirilib ki, tədbirdə şairin qələm dostları, ailə üzvləri və digər qonaqlar iştirak ediblər.Şairlə bağlı xatirələrini bölüşən qələm dostları və yaxınları onun yaradıcılıq xüsusiyyətlərindən, insani keyfiyyətlərindən danışıblar. Bildirilib ki, Nüsrət Kəsəmənli şəxsiyyəti ilə poeziyası bir-birini tamamlayan söz adamlarından olub. Məhəbbət, gənclik, sevgi şairi Nüsrət Kəsəmənli ümumbəşəri, milli dəyərlərə önəm verdiyi üçün zamanın fövqündə dayanan qələm sahiblərindən biri idi. Onun 150-dən çox şerinə musiqi bəstələnib. “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizasiya”, “Ənbizlərin keşiyində”, “Sovet Azərbaycanına səyahət” və s. sənədli filmlərin, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmlərin ssenari müəllifıdir. “Dünyaya pəncərə” sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub.Tədbirdə müğənnilərin ifasında Nüsrət Kəsəmənlinin şerlərinə bəstələnmiş mahnılar dinlənilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…