Azərbaycan Yazıçılar Birliyində Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş “Böyük amallar və arzular şairi” kitabının təqdimat mərasimi keçirilib.
Kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist, tədqiqatçı, politoloq Reyhan Mirzəzadədir.
Tədbirdə çıxış edən tarixçi alim, kitabxanaşünas Lətifə Məmmədova Səməd Vurğunun yaradıcılığındakı beynəlmiləlçi irsindən bəhs edib.
Təqdimat “Qazax Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilov, tanınmış rəssam Zinaida Mirzəzadə, Səməd Vurğun irsinin araşdırıcısı Aslan Salmansoy, ictimai xadim Ramiz Göyüşov, yazıçı Zöhrə Əsgərova və başqaları çıxış edərək Səməd Vurğun irsinə böyük töhfə olan kitab haqqında xos sözlər söyləyib, müəllifə uğurlar arzulayıblar.
Sonra Nizami rayonu 10 nömrəli tam orta məktəbin şagirdləri Cavid və Fəxri Ağalarovlar Səməd Vurğun şeirlərindən nümunələr söyləyib, gənc istedadlı vokalçı Raul Həmidov musiqi nömrəsi ifa edib.
“Böyük amallar və arzular şairi” kitabında Səməd Vurğunun rus klassiklərinin irsinə olan münasibəti, bu ədəbiyyatdan etdiyi tərcümələr və onun Rusiya ədəbiyyatına verdiyi yüksək qiymət əksini tapıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”