Beynəlxalq turnirə yekun vurulub

24 Dekabr 2016 12:31

Xəbər 815 dəfə oxunub

Ağır atletika üzrə beynəlxalq turnir başa çatıb.Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Azərtac-a bildiriblər ki, turnirdə körpücük üzərinə son olaraq veteran atletlər çıxıblar.Qeyd edək ki, yarışın təşkilində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, F.Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletikanın təbliği və inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması olub.Turnirdə ümumilikdə 13 ölkədən atletlər mübarizə aparıb.xeber100.com