Dörddəbir final mərhələsinin cavab oyunundan sonra…

26 Dekabr 2016 11:25

Xəbər 968 dəfə oxunub

Azərbaycan kubokunun dörddəbir final mərhələsinin cavab oyunundan sonra “Kəpəz” futbol klubu istirahətə buraxılıb. Qış fasiləsinə çıxan əsas komandanın üzvləri gələn il yanvarın 8-də bir araya gələcəklər. “Sarı-göylər” Bakıda toplaşıb əvvəlcə tibbi müayinədən keçəcəklər.Klubdan Azərtac-a bildiriblər ki, hazırlıq planına əsasən, Gəncə klubu yanvarın 11-də məşqlərə başlayacaq. İkigünlük çalışmalardan sonra komanda yanvarın 13-də təlim-məşq toplanışına start verəcək.Yanvarın 20-də çempionatın ikinci yarısı üçün hazırlığın əsas hissəsini başa vuracaq “sarı-göylər” bir gün istirahətə buraxılacaq. Bundan sonra “Kəpəz” təqvim oyununa hazırlaşacaq.xeber100.com